...

Sumqayıtda və Bakıda yaşayış evində partlayış olub, xəsarət alanlar var

Hadisə Materials 7 May 2012 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may / Trend müxbir K.Zərbalıyeva/

Sumqayıtda və Bakıda yaşayış evində partlayış olub.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 4-də saat 23:45 radələrində Sumqayıt şəhərində yaşayan Zeynəddin Miriyevin evində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.

Nəticədə ev sahibi yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Həmin gün saat 01:10 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbə sakini Rüfət Musayevə məxsus evdə təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.

Nəticədə evin yanar konstruksiyaları yanıb, ev sahibi isə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

DİN-in rəsmi saytı bu hadisələrlə bağlı məlumatı bu gün yayıb.

Xəbər lenti

Xəbər lenti