...

Bakıda "VAZ" markalı avtomobillərdən oğurluq edən dəstə zərərsizləşdirilib

Hadisə Materials 8 May 2012 12:07 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Səbail RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər Culfa rayon sakini Etibar Tağıyev, Ağsu rayon sakini Əmir Rəhimov və Bakı şəhər sakini Rauf Orucuov mayın 7-də yaxalanıblar.
Bakıda "VAZ" markalı avtomobillərdən oğurluq edən dəstə zərərsizləşdirilib

Azərbaycan, Bakı, 8 may / Trend müxbir K.Zərbalıyeva/

Bakı polisi "VAZ" markalı avtomobillərdən oğurluq edən şəxsləri saxlayıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Səbail RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər Culfa rayon sakini Etibar Tağıyev, Ağsu rayon sakini Əmir Rəhimov və Bakı şəhər sakini Rauf Orucuov mayın 7-də yaxalanıblar.

Məlum olub ki, onlar aprelin 25-nə keçən gecə S.Məmmədov küçəsində yaşayan Fərman Cavadova məxsus "VAZ-2106" markalı avtomobildən açıq qapıdan keçmə yolu ilə maqnitofon, 30-na keçən gecə isə Salyan yolu küçəsində orada yaşayan Qabil Əhmədova məxsus "VAZ-2107" markalı avtomobildən açar seçmə yolu ilə səstənzimləyici və səsgücləndirici oğurlayıblar.

Bundan başqa mayın 1-nə keçən gecə A.İsmayılov küçəsində yaşayan İlkin Qasımova və Samir Nəcəfova məxsus "VAZ-2107" markalı avtomobillərdən açıq qapıdan keçmək yolu ilə maqnitofon və səsgücləndirici, mayın 4-nə keçən gecə E.Əzizov küçəsində yaşayan Müqabil Hüseynova məxsus "VAZ-2104" markalı avtomobildən açıq qapıdan keçmə yolu ilə maqnitofon, E.Əliyev küçəsində yaşayan Mübariz Rüstəmova məxsus "VAZ-2107" markalı avtomobildən açar seçmə yolu ilə maqnitofon, monitor, Y.Mürsəlov küçəsində yaşayan Əli Qaracayevə məxsus "VAZ-2107" markalı avtomobildən isə açar seçmə yolu ilə maqnitofon oğurlayıblar.

Xəbər lenti

Xəbər lenti