...

Şamaxıda 18 nəfər sel təhlükəsindən xilas edilib

Hadisə Materials 9 May 2012 00:09 (UTC +04:00)
Şamaxı rayonunda 18 nəfər sel təhlükəsindən xilas edilib. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.
Şamaxıda 18 nəfər sel təhlükəsindən xilas edilib

Azərbaycan, Bakı, 9 may /Trend/

Şamaxı rayonunda 18 nəfər sel təhlükəsindən xilas edilib. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.

FHN-in "112" qaynar telefon xəttinə Şamaxı rayonu, Bağırlı kəndi yaxınlığında yağış və sel sularının intensivləşməsi nəticəsində 9 avtomobil və 18 sərnişinin köməksiz vəziyyətdə yolda qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət, avadanlıq və avtomobillər vasitəsilə 18 nəfəri xilas edərək təhlükəsiz əraziyə təxliyyə ediblər.

Xəbər lenti

Xəbər lenti