Azərbaycan, Bakı, 9 may /Trend, müxbir K.Zərbalıyeva/
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Orxan Quliyevin Bakının Nizami rayonu ərazisində internet klubda onlayn sistemi ilə qumarxana təşkil etməsi müəyyən edilib.
Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, internet kluba baxış zamanı 14 ədəd kompüter, 327 ədəd futbol proqramları blankları və 1 qovluq qara mühasibatlıq sənədləri aşkar edilərək götürülüb.