...

Sumqayıtda mənzildə 53 yaşlı kişinin meyiti tapılıb

Hadisə Materials 1 İyun 2012 18:44 (UTC +04:00)
Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, Sumqayıt şəhərində 1959-cu il təvəllüdlü Elxan Qurban oğlu Şirinov mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Sumqayıtda mənzildə 53 yaşlı kişinin meyiti tapılıb

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Sumqayıtda mənzildə 53 yaşlı kişinin meyiti tapılıb.

Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, Sumqayıt şəhərində 1959-cu il təvəllüdlü Elxan Qurban oğlu Şirinov mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər dördmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə damdan enərək daxil olublar. Mənzilə baxış keçirilərkən Şirinov çarpayıda hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində vətəndaşın vəfat etdiyi müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti