...

Bakıda Heydər Əliyev prospektində minik avtomobili qatarın altında qaldı (VİDEO)

Hadisə Materials 14 İyun 2012 17:10 (UTC +04:00)
İyunun 12-də gecə saatlarında Bakının Nizami rayonu, Heydər Əliyev prospektində minik maşını yük qatarı ilə toqquşub.
Bakıda Heydər Əliyev prospektində minik avtomobili qatarın altında qaldı (VİDEO)

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir K.Zərbalıyeva/

İyunun 12-də gecə saatlarında Bakının Nizami rayonu, Heydər Əliyev prospektində minik maşını yük qatarı ilə toqquşub.

26 yaşlı Şiriyev Elvin Elman oğlunun idarə etdiyi "Toyota" markalı avtomobil qəfildən qatarın yoluna daxil olub və qəza baş verib.

Hadisə zamanı minik avtomobilinin sürücüsü hadisə yerində həlak olub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, həmin ərazidə müvafiq yol nişanının olmaması barədə mətbuatda yayılan məlumatlar yanlışdır.

Əsədov bildirib ki, həmin yolda dəmiryol keçidinin olması barədə xəbərdaredici nişan qoyulub. Videogörüntüdən də görünür ki, qatar avtomobil yoluna keçməzdən öncə bələdçi fanarla yaxınlaşan avtomobillərə işarə verir.

Bu görüntülər "Təhlükəsiz Şəhər" sisteminin kameraları vasitəsilə qeydə alınıb.

Video Player
Xəbər lenti

Xəbər lenti