Azərbaycan, Bakı, 3 iyul /Trend müxbir K.Zərbalıyeva/
Abşeronda təmir işləri aparan iki nəfər yanıq xəsarəti alıb.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 2-də Abşeron rayonunun Digah qəsəbəsi ərazisindəki evlərdən birində yaşayanlar - Ehtiram Yusifov və Nazim Şirbəyev evlərində qaz sobasında təmir işləri apararkən ehtiyatsızlıqdan əllərindən yanıq xəsarətləri alıblar.
Yusifov və Şərbiyev xəstəxanaya yerləşdiriliblər.