...

Bakıda istirahət mərkəzlərindən birində silahlı insident olub, ölən və xəsarət alan var

Hadisə Materials 17 İyul 2012 13:38 (UTC +04:00)
Bakıda istirahət mərkəzlərindən birində silahlı insident olub, ölən və xəsarət alan var.
Bakıda istirahət mərkəzlərindən birində silahlı insident olub, ölən və xəsarət alan var

Azərbaycan, Bakı, 17 iyul / Trend müxbir K.Zərbalıyeva/

Bakıda istirahət mərkəzlərindən birində silahlı insident olub, ölən və xəsarət alan var.

Səbail rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Şıxov qəsəbəsindəki "1001 gecə" istirahət mərkəzində gecə saat 03:30 radələrində naməlum şəxsin odlu silahdan açdığı atəş nəticədə 1982-ci il təvəllüdlü Bayramov Ramal Abdulla oğlu döş qəfəsindən və 1985-ci il təvəllüdlü Mənsimov Səməd İbadət oğlu qolundan güllə yarası alıb.

Onlar Kliniki Tibbi Mərkəzə aparılıblar.

Bayramov xəstəxanada aldığı güllə yarasından ölüb, Mənsimov reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci), qəsdən adam öldürməyə cəhd (29, 120.2.7-ci) və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə (228.1-ci) maddələri ilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxsin müəyyən edilməsi və onun tutulması üçün operativ əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti