...

Balakən rayonunda azyaşlının ölümü ilə bağlı cinayət işi başlanıb

Hadisə Materials 18 İyul 2012 19:12 (UTC +04:00)
İyulun 16-da Balakən rayonunun İtitala kənd sakini 1999-cu il təvəllüdlü Hacıyev Vahid İbad oğlunun ekskavatorun kovuşunun üstünə düşərək ölməsi barədə Balakən rayon Polis Şöbəsindən daxil olmuş məlumat rayon prokurorluğunda araşdırılıb.
Balakən rayonunda azyaşlının ölümü ilə bağlı cinayət işi başlanıb

Azərbaycan, Bakı, 18 iyul /Trend/

İyulun 16-da Balakən rayonunun İtitala kənd sakini 1999-cu il təvəllüdlü Hacıyev Vahid İbad oğlunun ekskavatorun kovuşunun üstünə düşərək ölməsi barədə Balakən rayon Polis Şöbəsindən daxil olmuş məlumat rayon prokurorluğunda araşdırılıb.

Trend-in Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müəyyən edilib ki, qeyd edilən tarixdə saat 18:00 radələrində kəndin ərazisindən keçən "Katexçay"ın kənarındakı qum karxanasında Tosov Rəşid Soltanməcid oğlu idarə etdiyi ekskavatorla qum yığarkən ekskavatorun kovuşu çayda çimib qum komasında uzanmış Vahid Hacıyevin üstünə düşüb. Ağır bədən xəsarətləri almış Hacıyev hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti