Azərbaycan, Bakı, 20 iyul / Trend müxbir K.Zərbalıyeva/
Ucarda minik avtomobili yanıb, sürücü xəsarət alıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ucar rayonu, Qarabörk kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Sürücü özünü avtomobildən ataraq xəsarət alıb. O, xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.