...

Azərbaycanda tikinti işləri aparılarkən uçqun olub, ölənlər var

Hadisə Materials 20 İyul 2012 16:52 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Goranboy rayonu, Goran qəsəbəsində fiziki şəxs tərəfindən tikinti işləri aparılan zaman uçqun baş verib.
Azərbaycanda tikinti işləri aparılarkən uçqun olub, ölənlər var

Azərbaycan, Bakı, 20 iyul /Trend müxbir K.Zərbalıyeva/

Goranboyda tikinti işləri aparılarkən uçqun olub, ölənlər var.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Goranboy rayonu, Goran qəsəbəsində fiziki şəxs tərəfindən tikinti işləri aparılan zaman uçqun baş verib.

Hadisə zamanı 2 nəfər - 1992-ci il təvəllüdlü Sahil Teymur oğlu Hüseynov və 1992-ci il təvəllüdlü Şahin Azər oğlu Kərimov uçqun altında qalaraq ölüb.

Aidiyyəti qurumlar hadisə barədə məlumatlandırılıb. Hadisə ilə əlaqədar qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti