Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda cəzaçəkmə müəssisəsinə daxili orqanında tiryək keçirən şəxs saxlanılıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iyulun 25-də Xidmətin və 15 saylı müəssisənin əməliyyat aparatları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin müəssisədə cəza çəkən 1976-cı il təvəllüdlü Ceyhun Məmmədovun yanına qısamüddətli görüşə gələn qardaşı, Lənkəran rayon sakini Kamran Məmmədovun üzərinə baxış keçirilib.
Baxış zamanı Məmmədovun daxili orqanından sellofana bükülmüş xalis çəkisi 2,258 qram olan mum kütlə aşkar edilib.
Qeyd edək ki, Məmmədov Cinayət Məcəlləsinin Cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma (317.2.1-ci) maddəsi ilə ittiham olunaraq 5 il 10 ay müddətinə azadlıqdan məhrum edilib və həmin müəssisədə cəza çəkir.
Faktla bağlı təhqiqat aparılır.