Azərbaycan, Bakı, 30 iyul / Trend müxbir K.Zərbalıyeva/
Bərdədə kişi arvadını qətlə yetirib.
Bərdə rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, rayonn Qərənə kənd sakini, 1987-ci il təvəllüdlü Xəyyam Qarayev dünən günorta saatlarında kəndin əkin sahəsinə gedən yolda arvadı, 1993-cü il təvəllüdlü Zərqələm Qarayevanı 4 bıçaq zərbəsi ilə qətlə yetirib.
Qətl qısqanclıq zəminində baş verib.
Qətli törədən Qarayev könüllü polisə təslim edib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.