...

İranın Şərqi Azərbaycan əyalətində yenidən güclü zəlzələ baş verib

Hadisə Materials 13 Avqust 2012 09:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir T.Cəfərov/

İranın Şərqi Azərbaycan əyalətinin Vərzəqan şəhərində yenidən Rixter cədvəli üzrə 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in İRİBnews-a istinadən verdiyi məlumata görə, Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla bu gün saat 06:26-də baş verdiyini bildirib.

Zəlzələ nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, avqustun 11-də İranın şımalı-qərbində 6.2 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 300-ü, yaralıların sayı isə 2 min nəfəri keçib.

Zəlzələnin episentri olan Əhər, Vərzegan və Həris şəhərlərində 110 kəndin tamamilə və ya qismən dağıldığı bildirilir.

Xəbər lenti

Xəbər lenti