...

Qubada avtomobil körpüsü uçub

Hadisə Materials 10 Sentyabr 2012 11:42 (UTC +04:00)
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 177-ci km-də Quruçay üzərindəki körpü qəzalı vəziyyətə düşüb. Bu barədə bazar ertəsi Trend-ə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib
Qubada avtomobil körpüsü uçub

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 177-ci km-də Quruçay üzərindəki körpü qəzalı vəziyyətə düşüb. Bu barədə bazar ertəsi Trend-ə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, hadisə dünən axşam 21:00 radələrində baş verib. 40 m uzunluğunda 2 aşırımlı körpünün 1-ci aşırımında dəmir-beton tirlərdən 3-nün sınması nəticəsində avtomobillərin bu istiqamətdə hərəkəti dayandırılıb.

Hadisə nəticəsində zərər çəkən olmayıb. Təxminən 40 il əvvəl istismara verilən körpü ağır yük maşınlarının hərəkəti nəticəsində yararsız vəziyyətə düşüb. Sözügedən əraziyə Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən aidiyyəti Yİİ-nin işçi briqadası cəlb olunduqdan sonra körpünün ətrafında 450-500 m uzunluğunda alternativ yolun salınmasına başlanılıb.

Məqsəd körpü təmir olunana qədər avtomobillərin bu yolla hərəkətini bərpa etməkdir. Artıq müvəqqəti salınmış yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Xəbər lenti

Xəbər lenti