...

Bakıda palçıq vulkanı püskürüb (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 20 Sentyabr 2012 12:15 (UTC +04:00)
Bakıda bu gün səhər tezdən palçıq vulkanı püskürməyə başlayıb. Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bakıda palçıq vulkanı püskürüb (ƏLAVƏ OLUNUB-2)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Bakıda bu gün səhər tezdən palçıq vulkanı püskürməyə başlayıb. Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində palçıq vulkanı püskürüb və yanğın baş verib. FHN-nin əməkdaşları hadisə yerindədirlər.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutundan Trend-ə bildiriblər ki, Lökbatan palçıq vulkanı sonuncu dəfə 2010-cu ildə püskürüb. Bu, vulkanın 24-cü püskürməsidir.

İnstitutdan daha sonra Trend-ə bildiriblər ki, vulkan püskürərkən güclü yanğın müşahidə olunub. Artıq təhlükə aradan qaldırılıb.

Xəbər lenti

Xəbər lenti