...

Ermənistanın hakim partiyasının ofisində yanğın olub

Hadisə Materials 22 Sentyabr 2012 15:58 (UTC +04:00)
Yerevanın mərkəzində hakim Ermənistan Respublika Partiyasının ofisinin damında əmələ gələn yanğın söndürülüb. Trend-in məlumatına görə, bu abrədə RİA Novosti xəbər verir.
Ermənistanın hakim partiyasının ofisində yanğın olub

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Yerevanda hakim Ermənistan Respublika Partiyasının ofisinin dam örtüyündə baş verən yanğın söndürülüb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

"Yanğın yerli vaxtla saat 12:02-də məhdudlaşdırılıb, 12:06-da söndürülüb", - Ermənistan FHN-in mətbuat xidmətindən bildiriblər.

Yanğın nəticəsində 10 kvadratmetr sahədə damın altındakı taxta konstruksiyalar və dam örtüyü yanıb.

"Hadisənin səbəbləri barədə hələlik konkret nə isə demək olmaz, bu yalnız bir neçə gündən sonra mümkündür. Buna baxmayaraq, mən qəsdən yandırılma versiyasını istisna edirəm", - Ermənistan FHN xilasetmə xidmətinin direktor müavini general-mayor Vrej Qabrielyan jurnalistlərə bildirib.

Yanğın barədə siqnal saat 11:27-də alınıb. Hadisə yerində üç yanğınsöndürən maşın və bir avtopilləkən çalışıb. Yanğın "Bis 1" mürəkkəblik kateqoriyası üzrə qiymətləndirilib.

Xəbər lenti

Xəbər lenti