...

İrandan Azərbaycana qaçaqmal yolu ilə siqaret keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 26 Sentyabr 2012 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

İrandan Azərbaycana qaçaqmal yolu ilə siqaret keçirilməsinin qarşısı alınıb.

Trend-in Dövlət Sərhəd Xidmətinin internet saytına istinadən verdiyi məlumata görə, sentyabrın 25-də Yardımlı rayonu Abasalı kənd ərazisindəki zastavanın xidməti sahəsində 2 nəfərin Azərbaycanın İranla dövlət sərhədini pozmasının qarşısı alınıb.

Sərhədi pozmağa cəhd göstərən şəxslər əllərindəki qaçaqmalı hadisə yerində ataraq havanın dumanlı olmasından istifadə edərək geri - İran ərazisinə qaçıblar. Hadisə yerinə keçirilmiş baxış zamanı qaçaqmalçılara məxsus İsveçrə istehsalı olan 5150 qutu müxtəlif çeşidli "Marlboro" və "Parlament" markalı siqaretlər aşkarlanaraq götürülüb.

Hazırda fakt üzrə Dövlət Sərhəd Xidməti tərəfindən əməliy­yat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti