Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir R.Hafizoğlu/
Suriyada ordu və üsyançılar arasında döyüşlər davam edir. Bu barədə Trend şənbə günü SANA agentliyinə istinadən məlumat verir.
Məlumata görə, döyüşlər əsasən Hums şəhərində gedir. Bildirilir ki, şənbə günü ordu Humsda terror aktı həyata keçirmək istəyən üsyançıların minaladığı avtomobili zərərsizləşdirə biliblər.