...

FHN: Zaqatala və Balakən rayonlarında 6 bal gücündə zəlzələ olub

Hadisə Materials 15 Oktyabr 2012 10:01 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi ötən gün şimal-qərb bölgəsində baş vermiş zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.
FHN: Zaqatala və Balakən rayonlarında 6 bal gücündə zəlzələ olub

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Fövqəladə Hallar Nazirliyi ötən gün şimal-qərb bölgəsində baş vermiş zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.

Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, oktyabrın 14-də, saat 15:13-də Zaqatala rayonundan 30 km qərbdə, Balakən rayonu ilə Gürcüstan Respublikası sərhədində zəlzələ qeydə alınıb.

Yeraltı təkanların gücü episentrdə 12 ballıq cədvəl üzrə 7 bal təşkil edib. Zaqatala və Balakən rayonlarında zəlzələ 6 bal, Mingəçevir, Şəki, Şamaxı, Qax, Yevlax, Qəbələ rayonlarında 5-3 bala qədər hiss olunub. İnsan tələfatı haqqında məlumat daxil olmayıb.

Həmin gün saat 20:40-da Zaqatala rayonundan 25 km qərbdə, Balakən rayonu ilə Gürcüstan Respublikası sərhədində qeydə alınan ikinci zəlzələdə yeraltı təkanların gücü episentrdə 12 ballıq cədvəl üzrə 5 bal təşkil edib. Balakən və Zaqatala rayonlarında zəlzələ 4 bala qədər hiss olunub. İnsan tələfatı haqqında məlumat daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti