...

Əfqanıstanda terror aktı nəticəsində xeyli sayda ölənlər var

Hadisə Materials 26 Oktyabr 2012 13:35 (UTC +04:00)
Əfqanıstanın Fəryab əyalətinin Maymana şəhərində baş verən terror aktı nəticəsində 32 nəfər ölüb, 34 nəfər isə yaralanıb.
Əfqanıstanda terror aktı nəticəsində xeyli sayda ölənlər var

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Əfqanıstanın Fəryab əyalətinin Maymana şəhərində baş verən terror aktı nəticəsində 32 nəfər ölüb, 34 nəfər isə yaralanıb. Trend-in RİA-Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə əyalət qubernatorunun müavini Əbdül Satar Barez jurnalistlərə deyib.

Məlumata görə, terrorçu cümə günü səhər saatlarında məscidin yanında özünü partladıb. Hadisə minlərlə insanın cümə namazı qılmaq üçün məscidə gəldiyi vaxt baş verib.

Şahidlərin sözlərinə görə, əyalət polisinin təhlükəsizlik qüvvələrinin rəhbəri Übdül Halek Aksay ağır yaralanıb.

Qubernator müavini qeyd edib ki, ölənlər arasında 17 mülki şəxs, həmçinin polis və təhlükəsizlik qüvvələrinin 15 əməkdaşı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti