...

Azərbaycanda dünən iki nəfər qətlə yetirilib

Hadisə Materials 14 Noyabr 2012 09:56 (UTC +04:00)
Hər iki faktla bağlı şəhər prokurorluqlarında qəsdən adam öldürmə maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
Azərbaycanda dünən iki nəfər qətlə yetirilib

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda dünən iki nəfər qətlə yetirilib.

Yevlax şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, 1992-ci il təvəllüdlü Elxan Əsgərov həmyerlisi 1991-ci il təvəllüdlü Vidadi Məmmədovu qətlə yetirib. Əsgərov saxlanılıb.

Sumqayıtda isə 15-ci məhəllədə yaşayan Maarif Mehdixanovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Araşdırmalar zamanı onun həmyerlisi Arif Hüseynov tərəfindən bıçaqla öldürüldüyü məlum olub. Qətlə onlar arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə səbəb olub.

Hüseynov hadisə yerindən qaçıb. Hazırda onun tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Hər iki faktla bağlı şəhər prokurorluqlarında qəsdən adam öldürmə maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti