...

İranda güclü zəlzələ baş verib

Hadisə Materials 3 Dekabr 2012 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir T.Cəfərov/

İranın Kirman əyalətinin mərkəzi Kirman şəhərində Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İran televeziyasının rəsmi xəbər saytı Iribnews-a istinadən məlumat verir.

Məlumata əsasən, zəlzələ bu gün yerli vaxtla saat 16:23-də qeydə alınıb. Zəlzələ nəticəsində Kirman şəhərinin mobil rabitə xidmətində problemlər yaşanıb.

Zəlzələ güclü olduğundan əhali küçələrə axışıb. Zəlzələ nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti