Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Dekabrın 7-də saat 04:00 radələrində Sumqayıt şəhəri ərazisində Bakı şəhər sakinləri Qorxmaz Niftəliyevin idarə etdiyi "VAZ-2107" markalı və Gündüz Cəlilovun idarə etdiyi "Mercedes E-200" markalı avtomaşınlar toqquşub.
Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə Q.Niftəliyev və sərnişiləri - Bakı şəhər sakinləri Rövşən Mürşüdov, Sakit Şəmsəddinov və 25-30 yaşlı 2 kişi, habelə G.Cəlilovun 30-35 yaşlı qadın sərnişini hadisə yerində ölüb, xəsarət almış G.Cəlilov və digər sərnişinləri - Rusiya Federasiyası vətəndaşları Xədicə Əhmədova və Asiyaq Azayeva xəstəxanaya yerləşdiriliblər.
Sumqayıtda ağır yol qəzası olub, 6 nəfər ölüb