Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda fəhlə traktorun altında qalıb.
Nizami rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Nizami rayonu, Keşlə qəsəbəsi, Energetika küçəsi, 5 ünvanında yerləşən "Tunel Körpü Tikinti" şirkətinə məxsus beton zavodunda işləyən 1965-ci il təvəllüdlü Məqsəd Əmiraslanov traktorun altında qalıb.
O, aldığı xəsarətdən hadisə yerində keçinib.
Faktla bağlı cinayət işi başlanıb.