...

Yardımlıda orta məktəbdə yanğın olub

Hadisə Materials 20 Dekabr 2012 15:14 (UTC +04:00)
Məktəbin qalan hissəsi yanğından mühafizə olunub.
Yardımlıda orta məktəbdə yanğın olub

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Yardımlı rayonunda orta məktəbdə yanğın olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, rayonun Urakəran kəndində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 480 kv.m olan kənd orta məktəbində sinif otağının taxta konstruksiyalardan ibarət tavanı 35 kvadratmetr sahədə yanıb.

Məktəbin qalan hissəsi yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti