...

Türkiyədə Prezident və Baş nazirə sui-qəsdə cəhdə görə yeddi nəfər həbs edilib

Hadisə Materials 24 Yanvar 2013 11:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir R.Hafizoğlu /

Türkiyə Prezidenti Abdulla Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğana sui-qəsd cəhdi ilə bağlı iş üzrə yeddi nəfər həbs edilib. Bunu ölkənin daxili işlər naziri İdris Naim Şahin bəyan edib. Trend-in məlumatına gögrə, bu barədə cümə axşamı Türkiyənin "Haber7" telekanalı xəbər verib.

Şahinin sözlərinə görə, təkcə Baş nazirə yeddi sui-qəsd cəhdi edilib, lakin bu cəhdlərin hamısının qarşısı alınıb.

Şahin habelə Ərdoğana qarşı törədilən sui-qəsdlərdən birinin 2005-ci ildə, digərinin isə 2009-cu il martın 6-da baş verdiyini əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti