...

Azərbaycanda Daxili Qoşunların əsgəri xəstəlikdən ölüb

Hadisə Materials 28 Yanvar 2013 11:22 (UTC +04:00)
Daxili Qoşunların gənc əsgəri Toğrul Rüstəmli hospitalda xəstəlikdən ölüb.
Azərbaycanda Daxili Qoşunların əsgəri xəstəlikdən ölüb

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İ.İzzət/

Daxili Qoşunların gənc əsgəri Toğrul Rüstəmli hospitalda xəstəlikdən ölüb.

Daxili Qoşunların mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, xəstə olduğu müddətdə əsgərin valideynləri də yanında olub və onların bununla bağlı hərbi hissədən heç bir şikayəti yoxdur.

Bu gün Daxili Qoşunların hospitalında 2013-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış 1991-ci il təvəllüdlü Rüstəmli Toğrul Kamran oğlu dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti