Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İ.İzzət/
Yanvarın 27-də respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələri zamanı 5 nəfər ölüb.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanvarın 27-də respublikanın avtomobil yollarında 10 yol qəzası baş verib, nəticədə 5 nəfər ölüb, 15 nəfər isə yaralanıb.