Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İ.İzzət/
Bakıda 17 yaşlı yeniyetmə dəm qazından ölüb. Binəqədi rayon Prokurorluğundan Trend-ə bildiriblər ki, 1996-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Hacıyev Elvinin meyidi M. Rəsulzadə qəsəbəsi 1-ci Dəmiryolu küçəsi 55 saylı fərdi evin hamamında aşkarlanıb. Onun dəm qazından öldüyü müəyyənləşib.
Digər dəm qazından ölüm faktı isə Qaraçuxur qəsəbəsi ərazisində qeydə alınıb. Suraxanı rayon Prokurorluğundan Trend-ə bildiriblər ki, 1970-ci il təvəllüdlü Kərimova Zülfinarın meyidi Qaraçuxur qəsəbəsi IV Mədən küçəsində naməlum evdəki hamamda aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma araşdırılır.