...

"BP-Azərbaycan" şirkəti əməkdaşının yol polisini döyməsi haqqında məlumata aydınlıq gətirib

Hadisə Materials 4 Mart 2013 14:48 (UTC +04:00)
Bakıda yol polisi əməkdaşını döyən şəxsin "BP-Azərbaycan" şirkətinə aidiyyatı yoxdur. Bu barədə Trend-ə "BP-Azərbaycan" şirkətinin mətbuat xidmətindən məlumat verilib.
"BP-Azərbaycan" şirkəti əməkdaşının yol polisini döyməsi haqqında məlumata aydınlıq gətirib

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İ.İzzət/

Bakıda yol polisi əməkdaşını döyən şəxsin "BP-Azərbaycan" şirkətinə aidiyyatı yoxdur. Bu barədə Trend-ə "BP-Azərbaycan" şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yol polisi ilə insident yaradan şəxs podratçı şirkətin işçisi olub.

Qeyd edək ki, bazar günü Dövlət Yol Polisi müfəttişi Rafiq Həsənov əcnəbi sürücü tərəfindən fiziki təzyiqə məruz qalıb.

Belə ki, yol polisi "Porsche Cayenne" markalı avtomobili saxlayarkən avtomobilin sürücüsü Avstraliya vətəndaşı olan Vilyam Slohomis sərxoş olub.

Polis əməkdaşı onu sərxoşluq yoxlamasından keçmək üçün həkimə aparmaq istəsə də, buna nail olmayıb, əksinə, sürücü onu döyüb.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bəzi KİV-lərdə Vilyam Slohomisin "BP-Azərbaycan" şirkətinin əməkdaşı olması barədə məlumat yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti