Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir A.Tağıyeva/
Ankarada 680 mağazanın yanması ilə nəticələnən yanğına elektrik naqillərində baş vermiş qısa qapanma səbəb olub. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.
Yanğın gecə yarısı "Rus bazarı" kimi tanınan Yunus Əmrə bazarında baş verib.
Dəymiş ziyana baxmayaraq, yanğın nəticəsində xəsarət alan olmayıb. Ümumi ərazisi 10 min kvadratmetr olan bazarda 680 mağaza fəaliyyət göstərib.