...

Bakıda avtomobil ağaca çırpılıb, ölən və yaralanan var

Hadisə Materials 21 Aprel 2013 09:33 (UTC +04:00)
Bakının Xəzər rayonunda “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Bakıda avtomobil ağaca çırpılıb, ölən və yaralanan var

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Bakının Xəzər rayonunda "VAZ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Fövqəladə Hallar Nazirliyininin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Trend-in FHN rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü 1986-ci il təvəllüdlü Əhmədov Ruslan Oqtay oğlu deformasiyaya uğramış nəqliyyat vasitəsində ölüb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadnlıqlar vasitəsilə R.Əhmədovun cəsədini deformasiyaya uğramış avtomobildən müvafiq qaydada çıxarıb və aidiyyəti üzrə təvil verıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti