Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İzzət/
Sumqayıtda baş vermiş partlayış nəticəsində polis serjantı ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məumata görə, aprelin 22-də saat 12:45 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yaşayan Baş Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Teymur Qələndərova məxsus 3 otaqlı evin hamamında təbii qazın sızmasından partlayış baş verib.
Nəticədə evə ciddi ziyan dəyib, 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmiş Qələndərov aprelin 23-də orada ölüb.