Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İzzət/
Sumqayıt şəhər sakini Əhməd Dadaşov torpaq uçqununun altında qalaraq ölüb.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, aprelin 29-da Novxanı qəsəbəsinin ərazisində Sumqayıt şəhər sakini Əhməd Dadaşov su xətti çəkərkən torpaq uçqununun altında qalıb.
Nəticədə Dadaşov hadisə yerində ölüb.