...

Bakıda yaşayış evində yanğın olub, ölən var

Hadisə Materials 10 May 2013 21:36 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan dörotaqlı evin 1 otağının yanar konstruksiyaları, ev əşyaları 20 kv.m sahədə və hamamın lambirdən ibarət tavanı 9 kv.m sahədə yanıb.
Bakıda yaşayış evində yanğın olub, ölən var

Azərbaycan, Bakı, 10 may /Trend/

Bakıda iki yanğın hadisəsi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan dörotaqlı evin 1 otağının yanar konstruksiyaları, ev əşyaları 20 kv.m sahədə və hamamın lambirdən ibarət tavanı 9 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı hamamdan ev sahibi H.N.Əfəndiyevin meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Yasamal rayonunda 6 mərtəbəli yaşayış binasının 3 cü mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan ikiotaqlı mənzilin 1 otağında 2 ədəd döşək yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın saat 19:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti