...

ABŞ-da qasırğa: 51 ölü, 200 yaralı (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 21 May 2013 05:29 (UTC +04:00)
ABŞ-ın mərkəzi hissəsində Oklahoma ştatının inzibati mərkəzi olan Oklahoma şəhərinin üzərindən keçən güclü qasırğa nəticəsində ən azı 10 nəfər ölüb.
ABŞ-da qasırğa: 51 ölü, 200 yaralı (ƏLAVƏ OLUNUB-2)

Azərbaycan, Bakı, 21 may /Trend/

ABŞ-ın mərkəzi hissəsində Oklahoma ştatının inzibati mərkəzi olan Oklahoma-Siti şəhərinin üzərindən keçən güclü qasırğa nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti CNN telekanalına istinadən xəbər verir.

Bundan əvvəl 10 nəfərin, o cümlədən 7 uşağın, daha sonra 37 nəfərin öldüyü bildirilirdi.

Təxminən 200 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Həkimlərin ölənlərin sayının artacağını güman edirlər.

Küləyin sürəti saatda 320 kilometrə çatıb.

Məlumatına görə, ən çox ziyan görən Mur yaşayış məntəqəsinin üzərindən keçən qasırğanın diametri təqribən 1,6 kilometr təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti