Azərbaycan, Bakı, 22 iyun /Trend/
Bakıda ticarət mərkəzi yanğından mühafizə olunub.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nizami rayonunda 3 mərtəbəli "Körpü" ticarət mərkəzinin ümumi sahəsi 8 kv.m olan reklam lövhəsi 1 kv.m sahədə yanıb.
Reklam lövhəsinin qalan hissəsi və ticarət mərkəzi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.