Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir T.Cəfərov/
Bu gün İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində 4,1 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı iribnews saytı məlumat verir.
Təbriz Universiteti Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla səhər saat 01:46-də baş verdiyini bildirib.
Zəlzələ nəticəsində Xoy şəhərinin bəzi kəndlərində 50-dən çox evə ziyan dəyib. Həmin evlərin divarlarında çatlar əmələ gəlib.
Qeyd edək ki, ötən həftə də Xoy şəhərində zəlzələ baş vermişdi və həmin zəlzələ nəticəsində 70-dən çox evə ziyan dəymişdi.
Zəlzələ nəticəsində xəsarət alanların olmadığı bildirilir.