...

43 yaşlı Siyəzən sakini kanalda boğulub

Hadisə Materials 4 İyul 2013 08:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Trend-in Regional TV-yə istinadən verdiyi məlumata görə, iyulun 3-ü, axşam saatlarında Siyəzəndə bədbəxt hadisə baş verib.

Siyəzən şəhər sakini 43 yaşlı Tanrıverdi Kamilov "Xan arxı" su kanalına yıxılıb.

Nəticədə o, boğularaq həyatını itirib. Onun cəsədi Xaçmaz rayon Morqunda müayinə olunduqdan sonra aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti