...

Gürcüstandan Azərbaycana qanunsuz yolla 1 kiloqramdan çox qızıl keçirmək istədilər

Hadisə Materials 17 İyul 2013 16:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir İ.İzzət/

"Sınıq Körpü" gömrük postunda qaçaqmalçılıq yolu ilə Azərbaycana qızıldan hazırlanmış 1 kiloqram 273,70 qram zərgərlik məlumatlarının keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, son zamanlar aşkar olunan faktlar arasında qızıl-zinət əşyalarının qaçaqmalçılığına da tez-tez rast gəlinir.

Gürcüstan istiqamətindən Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun gömrük nəzarəti zonasına daxil olmuş Abdullayev Rəşad Muraz oğlunun idarə etdiyi "Mercedes-Benz" markalı "20-CV-185" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Baxış zamanı yanacaq çəninin altındakı bir ədəd bağlamadan gömrük nəzarətindən gizlədilmiş qızıl-zinət əşyaları - 66 ədəd üzük-sırğa dəsti, 61 ədəd üzük, 24 sırğa cütü, 12 ədəd boyunbağı, 9 ədəd qolbaq, 6 ədəd kolye, 4 ədəd sırğa-üzük-klon dəsti, üzərində aparılmış şəxsi yoxlama zamanı isə gömrük nəzarətindən gizlədilmiş 2 ədəd qızıl külçə aşkar edilərək götürülüb.

Azərbaycan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış ekspert arayışı ilə müəyyən edilib ki, Abdullayev Rəşad Muraz oğlundan götürülmüş zərgərlik məmulatları qızıldan hazırlanmaqla ümumi çəkisi 1 kiloqram 273,70 qram təşkil edir.

Toplanmış material üzrə Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti