Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir İ.İzzət/
Bakının Nərimanov rayonunda qətl törədilib.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 19-da Nərimanov rayonu S.Quliyev küçəsində Bakı şəhər sakini Minas Əliyev Abşeron rayon sakini Rahib Şahbazova bıçaq xəsarətləri yetirib və o, aldığı xəsarətdən hadisə yerində ölüb.
M.Əliyev könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gələrək təslim olub.