...

Almaniya vətəndaşı Vüsal Şilderi qətlə yetirmiş qrupun digər üzvü tutulub

Hadisə Materials 22 İyul 2013 15:18 (UTC +04:00)
Almaniya vətəndaşı Vüsal Şilderi bıçaqla qətlə yetirmiş qrupun digər üzvü tutulub.
Almaniya vətəndaşı Vüsal Şilderi qətlə yetirmiş qrupun digər üzvü tutulub

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İ.İzzət/

Almaniya vətəndaşı Vüsal Şilderi bıçaqla qətlə yetirmiş qrupun digər üzvü tutulub.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Polis və prokurorluq orqanları əməkdaşlarının biregə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Almaniya vətəndaşı Vüsal Şilderi bıçaqla qətlə yetirmiş qrupun digər üzvü - Abşeron rayon sakini Seymur Talıbov Şabran rayonunun ərazisində tutulub.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, "Mercedes Benz"in Azərbaycan üzrə nümayəndəliyinin rəhbərinin oğlu olan Almaniya vətəndaşı Vüsal Adolf oğlu Şilder əslən azərbaycanlıdır. Onu 20 il əvvəl Almaniya vətəndaşı olan kişi ilə Azərbaycan vətəndaşı olan qadın Bakıda övladlığa götürüblər. Bakıda Qərb Universitetinin ikinci kurs tələbəsi olan 23 yaşlı Şilderə bu il mayın 2-də Ə.Rəcəbli küçəsində iki bıçaq xəsarəti yetirilib. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

DİN-in Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 18-ci Polis Bölməsi və Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov mayın 5-də yaxalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti