Azərbaycan, Bakı, 31 iyul /Trend /
Raket daşıyıcısı "Proton-M"in qəzaya uğramasının əsas səbəbi 3 ötürücünün düzgün quraşdırılmamasıdır. Trend-in məlumatına görə, bunu Roskosmosun rəis müavini Aleksandr Lopatin deyib.
"Biz ortaq məxrəcə gəldik ki, mövcud qəzanın əsas səbəbi Moskvadakı istehsal zavodunda 3 ötürücünün düzgün quraşdırılmamasıdır. Təəssüf olsun ki, insan amili ortaya çıxdı" - deyə Lopatin söyləyib.
Məlumatlara görə, Rusiyanın baş nazirinin müavini Dmitriy Roqozin "Proton-M"in qəzaya uğrmasında insan amilinin olmasını təsdiqləməyib.