...

Türkiyənin cənubunda meşə massivi yanır

Hadisə Materials 5 Avqust 2013 12:25 (UTC +04:00)
Türkiyənin Hatay vilayətinin Gülderen kəndində meşə massivi yanır.
Türkiyənin cənubunda meşə massivi yanır

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir A. Tağıyeva/

Türkiyənin Hatay vilayətinin Gülderen kəndində meşə massivi yanır. Trend-in bazar ertəsi "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, gecə saatlarında başlayan yanğın güclü külək səbəbindən geniş əraziyə yayılıb.

Yanğının söndürülməsinə yanğınsöndürən maşınlar, iki helikopter və iki yanğınsöndürən təyyarə cəlb edilib.

Qeyd edək ki, Türkiyədə ötən ayın sonundan meşə yanğınları davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti