Azərbaycan, Bakı, 11 avqust /Trend/
FHN Masallıdakı istirahət mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayıb.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Masallı rayonu, Qəriblər kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus istirahət mərkəzinin ərazisində ümumi sahəsi 30 kv.m olan taxta konstruksiyadan ibarət otağın yanar konstruksiyaları və içərisində olan əşyalar 25 kv.m sahədə yanıb.
Otağın qalan hissəsi və yaxınlıqdakı otaqlar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.