...

Bakı-Sumqayıt yolunda minik avtomobili avtobusla toqquşub, xəsarət alan var

Hadisə Materials 24 Avqust 2013 21:52 (UTC +04:00)
Bakı-Sumqayıt yolunda minik avtomobili avtobusla toqquşub, xəsarət alan var.
Bakı-Sumqayıt yolunda minik avtomobili avtobusla toqquşub, xəsarət alan var

Azərbaycan, Bakı, 24 avqust /Trend/

Bakı-Sumqayıt yolunda minik avtomobili avtobusla toqquşub, xəsarət alan var.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində (Bakı-Sumqayıt yolunda) "HYUNDAİ" markalı minik avtomobili ilə "İKARUS" markalı sərnişin avtobusunun toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Nəticədə "HYUNDAİ" markalı minik avtomobili deformasiyaya uğrayıb.

Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü və 1 nəfər sərnişini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti