...

Bakıda canlarına qənim kəsilən sürücülər (VİDEO)

Hadisə Materials 3 Sentyabr 2013 10:58 (UTC +04:00)
Bakıda yol hərəkəti qaydalarının pozulması nəticəsində hər gün avtomobil qəzası baş verir.
Bakıda canlarına qənim kəsilən sürücülər (VİDEO)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İ.İzzət/

Bakıda yol hərəkəti qaydalarının pozulması nəticəsində hər gün avtomobil qəzası baş verir.

Trend xəbər verir ki, qəzaların 51 faizi sürət həddinin aşılması, 47 faizi piyadaların vurulması, 26 faizi əhali arasında qoşa xətt kimi tanınan üfüqi nişanlanma xəttinin tələbini pozub əks istiqamətli yol zolağına daxilolma, ötmə və ya manevretmə qaydalarının, 18 faizi isə yolayrıclarını keçmə qaydalarının pozulması ilə bağlı olub.

Qeyd edək ki, bu il yanvarın 1-dən avqustun 28-dək Bakıda 646 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 214 nəfər ölüb, 681 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Trend həmin qəzaların bir neçəsinin video görüntüsünü təqdim edir.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti