...

Bakıda daşıdığı sərnişinə qarşı soyğunçuluqda şübhəli bilinən iki nəfər tutulub

Hadisə Materials 4 Sentyabr 2013 12:21 (UTC +04:00)
Bakıda daşıdığı sərnişinə qarşı soyğunçuluqda şübhəli bilinən iki nəfər tutulub.
Bakıda daşıdığı sərnişinə qarşı soyğunçuluqda şübhəli bilinən iki nəfər tutulub

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İ.İzzət/

Bakıda daşıdığı sərnişinə qarşı soyğunçuluqda şübhəli bilinən iki nəfər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentaybrın 3-ü gecə saat 03:20 radələrində Cəlilabad rayon sakini Mirzəsəfyar Əkbərov Bakı Beynalxalq Avtovağzalından Cəlilabad rayonuna getmək üçün "Lifan" markalı avtomaşına minib, 20 Yanvar küçəsində siqaret almaq üçün avtomobildən düşüb.

Bu zaman sürücü və yanında olan şəxslə birlikdə avtomaşını sürərək ona məxsus içərisində mobil telefon, 30 min rubl və geyim əşyaları olan əl çantasını aparıblar. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən sürücü Bakı şəhər sakini Ramin Abdullayev və Xaçmaz rayon sakini Fərhad Müseyibov tutulublar.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti