...

Pakistanda NATO-nun avtomobil karvanı atəşə tutulub

Hadisə Materials 16 Sentyabr 2013 04:19 (UTC +04:00)
Pakistan polisi döyüşçülərin ölkənin cənub qərbində NATO-nun Kəraçi və Kvetta şəhərləri arasında yanacaq daşıyan sisternli avtomobil karvanına atəş açdığını bildirir.
Pakistanda NATO-nun avtomobil karvanı atəşə tutulub

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Pakistan polisi döyüşçülərin ölkənin cənub qərbində NATO-nun Kəraçi və Kvetta şəhərləri arasında yanacaq daşıyan sisternli avtomobil karvanına atəş açdığını bildirir. Bu barədə Trend BBC-yə istinadən məlumat verir.

Polisin nümayəndəsinin sözlərinə görə, nəticədə 15 avtomobil yanıb.

Xatırladaq ki, ötən cümə günü NATO karvanına hücum nəticəsində yanacaqla dolu 8 avtomobil yanmış, sürücülərdən biri öldürülmüşdü.

Qeyd edək ki, NATO Pakistan ərazisindən Əfqanıstandakı qoşunlarına yanacaq və digər yüklər çatdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti